Bu barədə “Report”a futbolçunun meneceri Erkin İbrahimov məlumat verib. Onun sözlərinə görə, son 1,5 ili Çexiyanın “Banik” klubunda keçirən 20 yaşlı mərkəz yarımmüdafiəçisi “Bohemians-1905”lə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.
Çexiyanın yüksək dəstəsində çıxış edən Praqa təmsilçisi 21 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Arzuman Rizvanov “Neftçi”nin yetirməsidir.