Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 22 fevral 2019-cu il tarixində saat 11:00-da Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Metbuat.az xəbər verir ki, nazir Cəlilabad, Neftçala, Biləsuvar və Salyan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.