"Vətənin keşiyində duran övladlarımıza xidmət etməkdən qürur duyuram"

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ilə tanış olduq. Camaşırxananın ən son avadanlıqlar ilə təmin olunması, qadın operatorların səliqəli geyim forması və ətrafdakı təmizlik göz oxşadı.

Cəmilə Məmmədova bildirdi ki, şəxsi heyətin yataq dəstləri və geyimləri bölmələrdən təhvil alınır və paltaryuyan maşınlarda yuyulur. Camaşırxana işçiləri tərəfindən ütülənir, çeşidlənir və səliqə ilə anbara yığılır. Sonda anbardan bölmələrə təhvil verilir.

"Hərbi hissəmizdə camaşırxananın olması bir çox üstünlüklər əldə etməyə imkan verir. Müasir standartlara cavab verən irihəcmli paltaryuyan maşınların texnoloji prosesi üç mərhələdə aparılır: yuma, qurutma, ütüləmə. Camaşırxanamız isə yuxarı komandanlığın diqqət və qayğısı nəticəsində bütün üç mərhələ üçün müxtəlif növ avadanlıqlarla təmin edilib. Təmizlənməyə gətirilən ləvazimatlar çeşidlərinə görə seçilir və ayrılır. Yüksək keyfiyyətli və təkmilləşdirilmiş ən son yuyucu məhsullardan istifadə edərək müxtəlif çirklənmələri müasir aparatlar vasitəsilə tez bir zamanda təmizləyirik. Keyfiyyətli yuyucu vasitələrdən istifadə edilməsi camaşırların parıltılı və maksimum müddətə təravətli qalmasına imkan verir. Yuyulub qurudulduqdan sonra ütüləmə prosesi də xüsusi masada həyata keçirilir. Bütün camaşırlar yüksək səviyyədə ütüləndikdən sonra qablaşdırılıb müvəqqəti saxlanca göndərilir. Hər həftənin şənbə günü isə şəxsi heyətin istifadəsinə verilir".

Söhbət zamanı öyrəndim ki, Cəmilənin atası Qarabağ döyüşlərinin iştirakçısı olub.


Leyla Tağıyeva qeyd etdi ki, ən müasir paltar yuma, qurutma və ütüləmə avadanlıqları ilə təchiz edilmiş camaşırxana əsgərlərimizin geyim formalarının hər zaman səliqəli, təmiz və təravətli saxlanılmasını təmin edir.

"Əsgərlərimizi təmiz və ütülənmiş yataq dəstləri, səliqə-sahmanlı geyimlə təmin etmək üçün çalışırıq. Bu işin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik. Bunun üçün də camaşırxanamız yeni avadanlıqlarla təmin edilib. Bu da camaşırların tez zamanda tərtəmiz yuyulub əsgərlərə təhvil verilməsinə zəmin yaradır. Onlara xidmət etmək şərəfdir. Azərbaycan əsgərinin sayəsində evlərimizdə işıqlar yanır, toy-bayram səsləri gəlir. Vətənin keşiyində duran övladlarımıza xidmət etməkdən qürur duyuram".

Xanımlarla sağollaşıb, onlara işlərində uğurlar arzulayıb yolumuza davam etdik. Əsgər camaşırxanasında operator xanımların işlərinə məsuliyyətlə yanaşmaları, şəxsi heyətə göstərilən diqqət, qayğı və nəvazişlə yaxından tanış olaraq, bir daha əmin olduq ki, əsgərlərimizin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığını və döyüş ruhunu artırmağa köməklik edən başlıca amillərdəndir.

"Azərbaycan Ordusu"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR