Ötən il 900 minə yaxın insan “Elektron hökumət” portalına müraciət edib

Ötən il 900 minə yaxın insan “Elektron hökumət” portalına müraciət edib
14:41 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində “Elektron hökumət”  portalına daxilolmaların sayı 3,158,063 olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin yanvar buraxılışında əksini tapıb.
 
Bu dövr ərzində ümumən 890,804 nəfər portala müraciət edib. Onlar 12,965,606 dəfə müxtəlif səhifələrə keçid ediblər, 5,962,572  xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 50 saniyə olub.
 
Məlumat üçün qeyd edək ki, 2012-ci ilin dekabrından 2014-ci ilin dekabr ayının 31-nə qədər portala ümumilikdə 1,137,975 nəfər tərəfindən 3.614,775 daxilolma qeydə alınıb.
 
CAHANGİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR