Gözəllik kraliçası plastik cərrahiyyə əməliyyatında öldü - FOTO

Gözəllik kraliçası plastik cərrahiyyə əməliyyatında öldü - FOTO
14:42 14 Yanvar 2015
386 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ekvadorun Dyuran şəhərinin sakini, 19 yaşlı model Katerin Kanto lipoksasiya əməliyyatı zamanı ölüb. K.Kanto ötən ilin oktyabrında "Queen of Duran" gözəllik müsabiqəsində qalib gəlmiş, "gözəllik kraliçası" seçilmişdi.

Milli.Az El Telegrafo-ya istinadən bildirir ki, müsabiqədə pul mükafatı ilə yanaşı, Katerin Kantoya pulsuz plastik cərrahiyyə əməliyyatından yararlanmaq şansı, Chevrolet Aveo avtomobili və planşet kompüter verilmişdi.
 
Taleyin ironiyasına bax ki, lipoksasiya, yəni bədəndən piylərin və yağların çəkilməsi əməliyyatı gözəllik müsabiqəsində K.Kantoya verilmiş "mükafat"dı.
 
Katerinin qardaşı, 24 yaşlı Daniel Zavalanın dediyinə görə, qız ilk əvvəl əməliyyat olunmaq istəməyib.
"Amma gözəllik müsabiqəsinin təşkilatçıları dedilər ki, əgər Katerin "Miss Ecuador" gözəllik müsabiqəsinə qatılmaq istəyirsə, vücudunun korreksiyasına ehtiyacı var", - D.Zavala deyib.
 
Yanvarın 10-da Katerin Kanto plastik cərrahiyyə əməliyyatı üçün Quayakil şəhərindəki Katolik Universitetinin (Universidad Católica de Guayaquil) nəzdindəki klinikaya yollanıb. 19 yaşlı qız əməliyyat zamanı keçinib.
 
İlkin məlumatlara görə, Kanto beyinin qıc olması və ya ürəyin dayanmasından ölə bilərdi.
Əməliyyatı keçirmiş cərrah tutulub, ona qarşı cinayət işi qaldırılıb.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR