Rumıniyadakı istedad yarışmasında çıxış edən azərbaycanlı pəhləvanlar ikinci tura vəsiqə qazanıblar.
Metbuat.az bildirir ki, "Azeri brothers" adlı Hüseyn və Laçın Abdulhüseynov qardaşlarından ibarət qrup fevral ayının 23-ü Rumıniyadakı kanallardan birində yayımlanan "Romania's Got Talant" adlı istedad yarışmasında səhnəyə çıxıblar. Azərbaycanlı pəhləvanlar maraqlı şou proqramla münsiflər də başda olmaqla izləyiciləri təəccübləndirməyi bacara biliblər. Qardaşlar 3 "bəli" cavabıyla ikinci tura vəsiqə qazanıblar.
Qeyd edək ki, Abdulhüseynov qardaşları Quba rayonunda anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olmuş atalarının yolunu davam etdirirlər. Qardaşlar hazırda öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar. Onların hər ikisi "Pəhləvan Əli" İdman Klubunda məşqçi kimi fəaliyyət göstərirlər.
Onlar pəhləvan kimi həmçinin 2 dəfə ABŞ-da, 3 dəfə Rusiyada, 1 dəfə İtaliyada, 2 dəfə Ukraynada, 6 dəfə Gürcustanda, 1 dəfə Türkiyədə, 1 dəfə Kolumbiyada çıxış ediblər.
Xəyalə Məmmədova / METBUAT.AZ