Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "İraqın şimalında yerləşən Metina, Zap, Avaşin-Basyan və Kərkük rayonlarında terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin