Tərtərdə bank hesablarından oğurluq edən şəxslər tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az