"Qazprombank" Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlıdır

"Qazprombank" Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlıdır
11:52 12 Mart 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya "Qazprombank"ı Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlıdır".
"Report" xəbər verir ki, bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Aleksey Belous "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı bildirib.
Onun sözlərinə görə, "Qazprombank" fəaliyyətini üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. "Birinci istiqamət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığa istiqamətlənib. "SOCAR Polymer" zavodunun tikintisi ilə ilk layihəmizin həyata keçirilməsində böyük rolu olan SOCAR şirkətinə təşəkkür etmək istəyirik. Bununla kifayətlənmək niyyətində deyilik və gələcəkdə də oxşar layihələrə investisiya yatırmağa hazırıq", - A.Belous deyib.
İdarə Heyətinin sədr müavini "Qazprombank"ın Azərbaycan bankları ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb: "Çünki orta biznes sferasında layihələrin həyata keçirilməsi yerli banklarla əməkdaşlıq etmədən mümkün deyil".
A.Belous üçüncü istiqamət olaraq bankın "Şimali-Cənub", "Şərq-Qərb" və s. kimi beynəlxalq infrastruktur layihələrində iştirakını göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazprombank-azerbaycan-banklari-ile-emekdasliqda-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR