Məlum olub ki, borc alətlərinə investisiya müqabilində ən çox gəlir vəd edən ölkə Venesueladır.
Son vaxtlar siyasi-iqtisadi böhranın yaşandığı, hiperinflyasiyanın qeydə alındığı Venesuelada dövlət istiqrazlarının illik gəlirliliyi 92 571,4%-dir və bu qədər fantastik gəlirliliyə malik borc aləti heç bir ölkədə yoxdur.
Bununla belə, bəzi ölkələrin də qiymətli kağızlarının gəlir marjası nəzərəçarpacaq dərəcədə yüksəkdir. Həmin ölkələr Venesuela ilə eyni regionda yerləşən Argentina (21,3 – 32,4%), eləcə də Ukrayna (16,7 – 19,2%), Türkiyə (15,1 – 19,2%), Misir (16,1 – 17,7%), Uqanda (9,2 – 16,3%), Nigeriya (10,6 – 14,3%), Pakistan (10,6 – 13,6%), Keniya (3,7 – 13,2%), Şri-Lanka (9,6 – 11,5%) və Namibiyadır (7,4 – 11,3%).
Əksər ölkələrdə dövlət istiqrazlarının illik gəlirliliyi 0-10% arasında dəyişir. Bununla yanaşı, Avropanın 17 ölkəsində, eləcə də Yaponiyada istiqraz faizləri mənfidir. Bu, həmin ölkələrin borc almağa ehtiyacının olmamasından xəbər verir. Başqa sözlə, həmin qiymətli kağızlara pul qoyanlar nəinki gəlir əldə edirlər, əksinə pullarını “etibarlı əllər”də saxlamaq üçün xərcə düşürlər.
illik gəlirliliyi