Bu gün güclü

Ölkə ərazisində martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9°, gündüz 14-19° isti, Bakıda gecə 6-8°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 19-24° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı ehtimalı var.

Sinoptiklərin xəbərdarlığına görə, martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20 metrədək güclənəcəyi gözlənilir.

Günün qoroskopu - Uzaqdan mühüm məlumat alacaqsınız - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR