Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasına ilk dəfə dəvən alan "Neftçi" klubunun futbolçusu Ömər Buludov deyib. 21 yaşlı cinah müdafiəçisi etimadı doğrultmağa çalışacağını bildirib: "Bunun üçün ilk növbədə əsas heyətə düşməliyəm".
Buludov Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litva ilə keçirəcəkləri yoldaşlıq görüşündə yaxşı nəticə əldə etməyə çalışacaqlarını da vurğulayıb.
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.