Cinsi yaxınlıq zamanı iflic keçirdi

İngiltərədə tibb tarixinə keçəcək bir hadisə baş verib. Londonun qərbində yaşayan və adı açıqlanmayan qadının başına olduqca qəribə bir hadisə gəlib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, 44 yaşlı qadın sevgilisi ilə cinsi münasibətdə olarkən iflic keçirib. Həkimlər dərhal xəstəxanaya aparılan qadının kəllə sümüyündə partlamış bir damar müəyyən ediblər. Qadının iflici beyin qan sızması səbəbilə keçirdiyi qeyd olunub.

Cinsi yaxınlıq zamanı başlayan baş ağrısını ciddiyə almayan qadın beyin qanamasının ardından üç dəqiqə qədər şüurunu itirib. Həkimlər bu vəziyyətin cinsi əlaqə zamanı yüksələn qan təzyiqi ilə əlaqəli ola biləcəyini bildirib.

2018-ci ilin oktyabr ayında baş verən hadisə mətbuatda dünyaca tanınan "British Medical Journal" da dərc olunması ilə öz əksini tapıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR