Qıza yazığı gəldi, oğurladığı pulu qaytardı

Çində oğru qızın bank kartında vəsaitin qalmadığını görərək, oğurladığı pulu ona qaytarıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin müşahidə kamerasına düşmüş görüntüsünü "Shanghaiist” informasiya portalı yayıb.

Kadrlarda qızın Qandun əyalətinin Xeyuan şəhərindəbankomat qarşısında dayanaraq, kartından pul çıxardığını görmək olur. Naməlum şəxs əlində bıçaq ona yaxınlaşaraq, pulları verməsini tələb edib. Ölüm təhlükəsi ilə üz-üzə qalan qız oğruya 2500 yuanı verməli olub.

Oğru bununla kifayətlənməyərək, onun kartından daha çox pul çıxarmasını istəyib.O isə ekranı göstərərək, hesabında vəsaitin qalmadığını bildirib. Oğru gözlənilmədən pulları ona qaytararaq gülümsəyibvə hadisə yerini tərk edib.

Ancaq oğrunun "alicənab jest”i onu məsuliyyətdən azad etməyib. Polis tezliklə onu həbs edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR