Gürcüstan gimnastı: "Azərbaycan Gimnastika Federasiyası yarışları mükəmməl təşkil edir"

Gürcüstan gimnastı: "Azərbaycan Gimnastika Federasiyası yarışları mükəmməl təşkil edir"
07:52 15 Mart 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları üçün bütün şərait yaradılıb. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan gimnastı Konstantin Kuzovkov bildirib.

K.Kuzovkov deyib: "Azərbaycan Gimnastika Federasiyası yarışları mükəmməl təşkil edir. Mən nə qədər vaxtdır yarışlara gedirəm, Bakıdakı kimi gözəl təşkilat heç yerdə yoxdur. Burada bizim üçün bütün şərait yaradılıb. Əgər nəsə lazımdırsa, həmişə bizə kömək edirlər".

Dünya Kubokunda öz çıxışı barədə danışan gimnast qeyd edib ki, kobud səhvə yol verib: "Mən yıxıldım, ən kobud səhvə yol verdim. Sərbəst hərəkətlərə həm psixoloji, həm də fiziki hazırlaşmışdım, ən yaxşısını etmək istədim, lakin əksi alındı. Sabahkı çıxışa köklənəcəm".

İdmançı həmçinin bildirib ki, tamaşaçıların dəstəyi çlıxışlar zamanı çox kömək edir: "Azarkeşlərin dəstəyi çox kömək edir, xüsusilə dayaqlı tullanmanın yerinə yetirilməsi zamanı. Zalın dəstəyi güc verir".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR