Çempionlar Liqasında 1/4 finalın püşkü atılır

Çempionlar Liqasında 1/4 finalın püşkü atılır
10:37 15 Mart 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.

Milli.Az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq. Bu mərhələdə eyni ölkəni təmsil edən klublar da bir-birinə rəqib ola biləcəklər.

Çempionlar Liqası:

"Mançester Siti" (İngiltərə)

"Liverpul" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə)

"Tottenhem" (İngiltərə)

"Barselona" (İspaniya)

"Yuventus" (İtaliya)

"Ayaks" (Hollandiya)

"Portu" (Portuqaliya)

Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Elçin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR