“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.
R.Mahmudov qeyd edib ki, ixtisaslaşmış tibbi yardım və müalicə standartlarının hazırlanması vacibdir: “Həkimlərin və orta tibb personalının akkreditasiya qaydalarının hazırlanması, "Ailə həkimi haqqında" qanunun funksionallığının təmin edilməsi, peşəkar tibb cəmiyyətlərinin səlahiyyətləri ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələrin edilməsi yaxşı olardı”.