Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır

Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır
18:50 15 Mart 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva, Sara İsrafilbəyova - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır.

Bunu Trend-ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Səfir Milli Gimnastika Arenasında ilk dəfə olduğunu bildirib:

“Mən bu dəvətə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. Bu gözəl arenaya mən ilk dəfə gəlmişəm. Onu da demək istəyirəm ki, turnir çox maraqlıdır”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3033748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR