Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu - Həkimlər şokda

Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu - Həkimlər şokda
21:57 15 Mart 2019
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dəhşətli böyrək ağrıları ilə xəstəxanaya çatdırılan qadını müayinə edən həkimlər şoka düşüblər. İsrarla "böyrəyimdə daş var" deyən qadının hamilə olduğu, artıq doğuş sancılarının başladığını təsbit ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, amerikalı qadın Ellison Opfer son ayına kimi hamilə olduğunu bilməyib.

Qəfildən təzyiqi də qalxan Opfer təcili keysəriyyə əməliyyatına alınır və onun oğlu doğulur. 

Sonradan qadın bildirib ki, həmişə menstrual tsikl pozğunluğu və böyrək daşlarından əziyyət çəkib. Cəmi bir dəfə hamiləlik testi edib, onda da cavab mənfi çıxıb. Ondan sonra qadın hamilə ola biləcəyini ağlına da gətirməyib. Çəkisi də normadan artıq olduğu üçün yeyib-içib kökəldiyini zənn edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR