Bakıda kişi gimnastlar arasında dayaqlı tullanma yarışının qalibləri məlum oldu

Bakıda kişi gimnastlar arasında dayaqlı tullanma yarışının qalibləri məlum oldu
12:55 17 Mart 2019
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqlı tullanma yarışının qalibləri müəyyən olunub.

Trend-in məlumatına görə, koreyalı idmançı Hakseon Yanq final mərhələsində 14.970 xal toplamaqla birinci yeri tutub.

Ukrayna gimnastı İqor Radivilov 14.833 xalla ikinci, rusiyalı Denis Abliazin isə üçüncü (14.766) olub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3034416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR