“Bəlucistanı yeni “kürd kartı”na çevirmək istəyirlər”

“Bəlucistanı yeni “kürd kartı”na çevirmək istəyirlər”
19:27 17 Mart 2019
142 Maraqlı
Ölkə mətbuatı
A- A+

Zahedanda İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qarşı terror hücumu İran və Pakistan arasında əlaqələrdə gərginliyə səbəb olub. İslamabad öz ərazisindən terrorçuların İrana terror hücumu etdiyini etiraf etsə də, şifahi qınama və anti-İran terror qruplarının fəaliyyətinin qadağan edilməsi kimi bəzi siyasi tədbirlərdən başqa bir şey etməyib.

Milli.Az strateq.az-a istinadən bildirir ki, terror qrupu "Ceyşül-Ədl" dərhal Sistan-Bəlucistandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu həmlə nəticəsində ən azı 27 nəfər şəhid olub və 13 nəfərin yaralanıb. İİKK və İran hökuməti buna kifayət qədər sərt təpki verib və hətta Pakistan ərazisində terrorçulara hücum etmək üçün qanuni hüququnun olduğunu bildirib. Bu mövqe, əlbəttə, Pakistan hökumətini lazımi tədbirləri görməyə vadar etsə də, Zahedandakı terror hücumu sıradan bir hadisə deyil, hədəflənmiş zəncirin bir halqasıdır.

Amerikalı ekspert, "yumşaq güc" və hibrid müharibə nəzəriyyəçisi Endrü Kuribko (Andrey Kuribko) bu yaxınlarda Zahedandakı terror hücumu və İranda etiraz dalğası yaratma planlar ilə əlaqədar olaraq "Avrasiyaın gələcəyi" mənasını verən "Europe Future"-da geniş hesabat yayımlayıb.

Hesabatda deyilir: " İran Bəlucistanını yeni "kürd kartı"na çevirmək istəyirlər".

Terror hücumundan sonra İran-Pakistan əlaqələrində meydana gələn inkişaflar Bəlucistanın iki ölkənin ortaq sərhədləri boyunca üçüncü tərəflərin kəşfiyyat orqanlarının müdaxiləsi və hər iki ölkəyə qarşı "ayır və buyur" məqsədi ilə Kürdüstan ssenarisinə çevirməsi riskini yaradır.

2006-cı ildə ABŞ-ın təqaüdçü zabiti, polkovnik Ralf Peters "Böyük Yaxın Şərq" adlanan bütün bölgə boyu "qanlı sərhədlər" kimi tanınan geosiyasi mühəndislik siyasətini təklif edib. Kürdüstan və Bəlucistan bu planın tərkibində mühüm coğrafi məkanlardır.

Petersin bu yanaşması 2016-cı ilin yayında ABŞ-ın İrana qarşı hibrid müharibəyə başlaması üçün istifadə edə biləcəyi bir neçə ssenarini özündə əks etdirib.

Hər şey 2017-ci ildə ABŞ-ın Kürdüstan və Bəlucistan bölgələrində geosiyasi fayları İrana qarşı alət istifadə etməni gücləndirməyə başladığı zamandan təkan götürüb. İslam Respublikası qasırğanı müvəffəqiyyətlə aradan qaldırıb. Həmin vaxtlarda "Kürdüstan problemi" Tehranın tərəfdaşları (xüsusilə Türkiyə) ilə əməkdaşlıq nəticəsində nisbətən sakitləşib. Digər tərəfdən, 2017-ci ildə Pakistan-İran sərhədində terrorçuların hədələnməsi Tehranın qonşularını günahlandırmağa imkan verməyib; bu, məhz Koribkonun xəbərdarlıq etdiyidir.

Qeyd etmək lazımdır ki, Çin-Pakistan İqtisadi Dəhlizinə (CPEC) ABŞ və müttəfiqlərinin əleyhdarlığı, proqnozlaşdırıldığı kimi, Sistan-Bəlucistan vilayətini İranı qeyri-sabitləşdirmə bölgəsinə çevirib. Ötən il Çabaharda baş verən terror hücumu və Zahedandakı sonuncu aksiya gərginlik yaratma bunu isbatlayan faktlardır.

Hindistan, şübhəsiz, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsindəki tərəfdaşına qarşı hərbi münaqişə yaradılmasında maraqlı deyil, xüsusilə də Dehlinin Rusiya, Mərkəzi Asiya və Əfqanıstandakı bazarlara tranzit marşrutları açması nəzərə alınmaqla.

İran-Pakistan münasibətləri isə 1979-cu il inqilabdan sonra uzun illər boyu gərgin olub və Tehran həmişə Riyadın istəyi ilə İrana qarşı silahlı qrupların sığındığı İslamabaddan şübhələnib.

Terror əməliyyatının icra vaxtı məsələsi də çox mühümdür. O, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salmanın Pakistana səfərindən bir neçə gün öncə baş verib. Pakistanın baş naziri İmran Xan və Məhəmməd Bin Salman 20 mlrd. dollarlıq müqaviləni imzalayarkən, İran tərəfində təhlükəsizlik perspektivdən Pakistan və Səudiyyə Ərəbistanının Tehrana qarşı hiylə qurduğundan şübhəyə düşənlər vardı.

Ralf Petersin "Böyük Yaxın Şərq" xəritəsi

Amma İranın Pakistandakı səfiri, baş verən hadisələrə baxmayaraq, ölkəsinin Çin-Pakistanın iqtisadi dəhlizinə qoşulmaq istəyini açıqlayıb. Digər tərəfdən, Tehran, Pakistanı (xüsusilə də ölkənin kəşfiyyat agentliyi İSİ-ni) son terror hadisəsində iştirakda ittiham edib. Maraqlıdır ki, son illərdə özü terror hədəfi olan İran Pakistanı "terrorçuluğun sponsoru" adlandırmayıb.

İranın niyyətlərindən asılı olmayaraq, İran-Pakistan əlaqələrinin pozulması Amerikanın yararınadır.

Pakistan "Qızıl halqa" strukturunun mühüm nöqtəsidir, əgər İran bütünlüklə bu layihəyə qoşulmazsa, "Qızıl halqa"nın Axilles dabanı yarana bilər. ABŞ-ın dəstəklədiyi Hindistanın təsir dairəsini genişləndirməsi və Orta Asiyaya qapı açması Çinin çəkindirilməsi məqsədi daşıyır. ABŞ-ın Çabahar limanında Hindistanı sanksiyalardan kənarda saxlaması da bununla bağlıdr.

Amma əgər İran strateji təhlükəsizlik məsələsində Çin ilə müqayisədə, ABŞ və Hindistanın daha yaxşı xidmət göstərəcəyini düşünsəydi, bu, yanlışlıq olardı.

İran öz geostrateji əhəmiyyətini yaxşı başa düşür. Xüsusilə ABŞ-ın Hindistandan istifadə etməklə Çini çəkindirmək baxımından. Buna görə də, ən pis ssenaridə İranın "dərin dövlət"i ABŞ-la sövdələşə biləcəyini güman etmir. Əksinə, Birləşmiş Ştatların İrana qarşı qeyri-stabilləşdirici əməliyyatları daha da gücləndirə biləcəyinə inanır. Həm də Pakistanı təzyiq etməklə.

İran İSİ-ni terrorizmi dəstəkləməkdə təqsirləndirərək Pakistanın "qırmızı xətlər"ini adlayıb. İranlıların ikitərəfli əlaqələrə vurulan ziyanın kompensasiya edilməsi müəyyən vaxt apara bilər. Ancaq bu, hər şeyin unudulması anlamı vermir.

Tehran ümumi sərhədlər boyu Pakistanla təhlükəsizlik əməkdaşlığını gücləndirmək niyyətini nümayiş etdirməlidir. İki ölkə hərbi və sosial-iqtisadi resurslarını Bəluchistanın transmilli ərazisində uzunmüddətli sabitliyin qurulmasına yönəlmiş geniş təhlükəsizlik strategiyasına sərf edə bilər. Bunu Koribko tərəfindən təklif edilən plan vasitəsilə Çinin "Bir qurşaq-Bir yol" layihəsi ilə də gerçəklşdirmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR