Maykl Ceksonun qızı özünü öldürmək istədi

Maykl Ceksonun qızı özünü öldürmək istədi
13:47 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

2009-cu ildə dünyasını dəyişən pop ulduz Mayk Ceksoun qızı Paris intihara cəhd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika KİV-lərinin yaydığı məlumata görə, müğənninin övladı özünü öldürmək istəyib.

Buna səbəb bir müddət bundan əvvəl Mayklın həyatından bəhs edən sənədli filmdir. Belə ki, "Leaving Neverland" adlı ekran işində dünyaca ulduzun uşaqlara təcavüz etdiyi iddia olunub. Layihədən sonra psixoloji narahatlıq keçirən Paris tvitterdə "Yalanlar, yalanlar, daha çox yalanlar" statusunu yazıb, daha sonra intihar etmək istəyib.

Lakin Los-Anceles polisinə bu barədə məlumat verilib və P. Cekson xilas olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR