"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötə ilin oktyabr ayında Tovuz rayonun Qovlar qəsəbəsində baş verib.
Belə ki, V.Ələkbərov Vüqar bacısının əri, 1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin töküb od vurub.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib.