Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı

Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı
17:22 18 Mart 2019
80 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşib. 

Milli.A qol.az-a istinadən xəbər verir ki, matçı bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Kabakov olacaq. Ona yan xətdə Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.

Xatırladaq ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR