"Əlbəttə, əvvəlcədən oyuna ciddi yanaşmasaq, Azərbaycan təhlükəli ola bilər. Bakıda qolsuz yekunlaşmış oyundakı rəqibi gözləyirəm. Amma ümid edirəm ki, bacardığımız oyunu ortaya qoyacağıq. Sabahkı oyunun uğurlu olacağını düşünürəm. İndi asan rəqib qalmayıb. Azərbaycan da istisna deyil".
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib.
34 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Həmkarınız və həmyerliniz Nikola Yurçeviç barədə hansı fikirdəsiniz?
- Açığı, başqa mütəxəssisin rəhbərlik etdiyi komandaya qarşı oynamaq daha yaxşı olardı. Çünki ondan heç nəyi gözləmək imkanımız yoxdur. Təcrübəli mütəxəssisdir, uzun illər Slaven Biliçin köməkçisi kimi çalışıb. Bu, böyük göstəricidir.
Azərbaycan kimi rəqibə qarşı dünya ikincisinin hazırlanması nə qədər çətindir?
- İndi fərqli oyuna hazırlaşırıq. Topa daha çox nəzarət etməyi düşünürük. Ancaq əks-hücumlara köklənməyəcəyik. İlk oyunumuzdur və özümüzə heç bir stress hazırlamırıq.