Bakı. Trend:

Azərbaycan - Litva oyununun hakimləri açıqlanıb.

Trend-in məlumatına görə, martın 25-i saat 18:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Litva beynəlxalq yoldaşlıq oyununu Rumıniyadan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Fesniç Horatiu, onun köməkçiləri Avram Valentin, Çerei Alexandru, dördüncü hakim isə Orxan Məmmədov (Azərbaycan) olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin