Lavrov: NATO-nun fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur

Lavrov:  NATO-nun fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur
19:55 21 Mart 2019
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

NATO-nun Rusiya sərhədi yaxınlığında fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov San-Marinonun Ali Baş Məclisində (parlament) çıxış edərkən deyib.

S.Lavrov bildirib: "Bizim ortaq qitəmizdəki vəziyyətin mürəkkəb olduğu sirr deyil. Biz NATO-nun hərbi-siyasi fəaliyyətini necə artırdığını, alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasını görürük".

Nazir vurğulayıb ki, təhlükəsizliyi digərlərinin hesabına gücləndirməməyin öhdəlikləri ATƏT və Rusiya-NATO Şurasının yüksək səviyyədə konsensus əsasında qəbul edilmiş sənədlərində əks olunmasına baxmayaraq, biz təhlükəsizliyin bölünməzliyi prinsipinin pozulduğunu müşahidə edirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3035945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR