Bakı. Trend:

Naməlum şəxslər Rusiyanın Yunanıstandakı səfirliyinin qarşısında dayanan polislərə qumbara atıblar.

Trend-in məlumatına görə, bu barədə TASS-a səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib.

O bildirib ki, naməlum şəxslər Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar. Partlayış baş verib, lakin xəsarət alan olmayıb.

Hazırda ərazi polis tərəfindən çəpərlənib. Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin