"Report"un məlumatına görə, Azərbaycan millisinin yer aldığı "E" qrupunda iki oyun keçirilib.
Mübarizəyə yeni başlayan Uels yığması "Kardiff Siti" stadionunda Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 5-ci dəqiqədə Daniel Ceyms vurub.
Qrupun digər oyununda Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. Budapeştdəki "Groupama Arena"da təşkil olunmuş qarşılaşmada yerli komanda qalib gəlib - 2:1. Hesabı 13-cü dəqiqədə qonaq komandadan Ante Rebiç açıb. Lakin 34-cü dəqiqədə Adam Salai, 76-cı dəqiqədə isə Mate Patkai fərqlənib.
Bu oyunlardan sonra "E" qrupunda 5 komandadan 3-nün xalları bərabərləşib. Slovakiya, Macarıstan və Xorvatiyanın 2, Uelsin 1 oyundan sonra 3 xalı var. Cəmi 1 matç keçirən Azərbaycan millisi isə xalsızdır. Növbəti turda yığmanın rəqibi Macarıstan olacaq. Görüş iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.














