Bizi maraqlı oyun gözləyir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözlər Litva yığmasının kapitanı Fyodr Çernıxa məxsusdur.
Bu gün Bakcell Arena-da Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransına qatılan 28 yaşlı hücumçu fikirlərini bölüşüb. O, Bakıya müsbət nəticə üçün gəldiklərini söyləyib: "Azərbaycan yaxşı komandadır, güclü futbolçuları var. Amma oyuna hazırlaşırıq. Uğurlu nəticəyə ümid edirik".
Milli.Az