Abşeron rayonu ərazisində 7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini İ.Nağıyev saxlanılıb.

Bildirib ki, İ. Nağıyev əvvəllər oğurluğa görə məhkum olunub.