Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində bir nəfər xəsarət alıb.
Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin bir nəfər əməkdaşı sağ əlinin kəsilmiş yarası ilə 3 saylı Klinik Xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri və 6 təcili yardım briqadası yanğın yerinə cəlb olunub.