Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Metbuat.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bu barədə Misir Mərdanovun özü məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.