Bakı. 4 may. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Baqdasaryan erməni xalqına müraciət edib: “Müharibə etməkdən əl çəkin, qoşunları Qarabağdan çıxardın və iki xalq bir yerdə yaşasın. Əgər azərbaycanlılar istəsəydilər məni elə postda öldürərdilər. Sarqsyan öz xalqını hərtərəfli aldadır. Məni burda tutduqdan sonra erməni tərəfi mənim haqqında yanlış informasiya yayıb. İndi mən başa düşürəm ki, mənim vətənim yalandır”.
Qeyd edək ki, Arsen Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. Mayın 4-də günün birinci yarısında dövlət ittihamçısı Anar Mirkişiyev prokuror erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ağdamda tutulan erməni kəşfiyyatçısı: "Mənim vətənim yalandır"