Tanınmış futbolçu Argentina yığmasındakı karyerasını başa vurub

Tanınmış futbolçu Argentina yığmasındakı karyerasını başa vurub
01:07 29 Mart 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda İngiltərənin "Çelsi" klubunda icarə əsasında çıxış edən İtaliya "Yuventus"unun futbolçusu Qonsalo İquain Argentina yığmasından getdiyini açıqlayıb.
"Report"un məlumatına görə, hücumçu bu addımı 31 yaşında atıb. O, artıq yığmanın baş məşqçisi Lionel Skaloni ilə danışaraq, mövqeyini izah etdiyini söyləyib. Qərarını doğru sayan İquain boş vaxtını ailəsinə həsr etmək istədiyi bildirib.
Qeyd edək ki, Qonsalo İquain Argentina yığmasında 75 oyuna 31 qol və 13 məhsuldar ötürmə müəllifi olub. O, millidə 2010-cu il dünya çempionatının seçmə mərhələsində Peruya qarşı matçda debüt edib. İquain "albiseleste"nin heyətində ilk qolunu elə həmin qarşılaşmada vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/taninmis-futbolcu-argentina-yigmasindaki-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR