Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Ə.Rzayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. Həmin ərazidə 1997-ci il təvəllüdlü Nicat Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olub. Həyata keçirilən tədbirlər nəticəsində ona bıçaq xəsarəti yetirən şəxsin 1960-cı il təvəllüdlü Ə.Rzayev olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.