Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova seçkilərdə qalib gəlib. Seçkilərdə seçicilərin 58,3 faiz səsini qazanan Zuzana Çaputova Slovakiya Respublikasının Prezidenti seçilib.
Xatırladaq ki, Slovakiyada prezident seçkilərinin birinci turunda da Z. Çaputova, əsas rəqibi M.Şefçoviçi böyük fərqlə qabaqlamışdı. Qeyd edək ki, seçkilərin qalibi iyunun 15-də prezident vəzifələrinin icrasına başlayacaq.