Biləsuvarda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin digər avtomobilə çırpılması nəticəsində bir ailənin 3 üzvü: Bakı sakinləri - 2014-cü il təvəllüdlü Musayev Uğur İlyas oğlu, 2001-ci il təvəllüdlü Musayeva Tağmur İlyas qızı və 1968-ci il təvəllüdlü Ağayeva Sevda Bəxtiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl də Biləsuvarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.