Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətində 3 gün əvvəl “Taliban”ın nəzarətinə keçən Argançva rayonu əfqan ordusu tərəfindən geri alınıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələrinin rayonu geri almaq üçün keçirdikləri əməliyyat zamanı terror təşkilatının 14 üzvü öldürülüb.
Açıqlamada deyilir ki, rayon mərkəzi və kəndləri təhlükəsizlik qüvvələrinin nəzarətindədir.
Günay Elşadqızı / METBUAT.AZ