Quaidonun toxunulmazlığı götürüldü

ABŞ başda olmaqla bir çox Qərb və Latın Amerika ölkəsinin dəstəklədiyi və Venesuelada ordunun dəstəyini alaraq küçə etirazları ilə hökuməti dəyişdirməyə çalışan Xuan Quaido haqqında başladılan qanuni müddət işləməyə davam edir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədəki tək səlahiyyətli qanunvericilik orqanı Milli Məclis (ANC), Ali Ədalət Məhkəməsinin (TSJ) sədri Maikel Morenonun “Quaidonun toxunulmazlığının götürülməsi” tələbini müzakirə etmək üçün Diosdado Kabellonun rəhbərliyi ilə fövqəladə iclas keçirib.

İclasda, Quaidonun toxunulmazlığının “Ölkə xaricinə çıxmaq qadağası olmasına baxmayaraq, Kolumbiyaya keçməsi” səbəbilə başladılan qanuni müddət üçün götürülməsi tələbi parlamentarilərin hamısının dəstəyi ilə qəbul edilib. Ali Ədalət Məhkəməsinin qərarından sonra Milli Məclisin prosesə başlaması gözlənilir.

Qeyd edək ki, Quadio, 23 fevralda Kolumbiyaya gedib. Onun Venesuela ordusunun dəstəyi ilə getdiyi və kolumbiyalı qeyri-qanuni silahlı qrupların vasitəsilə sərhəddən keçdiyi bildirilir. Kolumbiyadan sonra Braziliya, Paraqvay, Argentina və Ekvadora səfər edən Quadio, martın 4-də Venesuelaya geri dönüb və rahat şəkildə sərhədi keçib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR