Aşıq Samirə Əliyeva avtomobil qəzası keçirib.

Bu haqda sənətçi Axşam.az-a açıqlamasında deyib.

O, günahın özündə olduğunu bildirib:

“İki gün əvvəl avtomobil qəzası keçirmişəm. Çox ağır hadisə idi. Şükür edirəm ki, ölüm olmadı. Anam və övladlarım da maşında idi. Qızdırmalı idim, sükan arxasında yuxu tutub yatmışam. Amma heç bir avtomobilə çırpılmadım. Bu hadisədən sağ-salamat xilas olduğumuz üçün qurban kəsəcəm”.