Bakıda həbsxanada dava olub - RƏSMİ MÜNASİBƏT

Bakıda həbsxanada dava olub - RƏSMİ MÜNASİBƏT
10:42 5 Aprel 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend-ə açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/744377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR