Afinada ilk məscid açılacaq

Afinada ilk məscid açılacaq
21:12 5 Aprel 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Afinada Pasxa bayramından sonra ilk məscid açılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq məscidin idarə heyəti tərəfindən birinci imamı təsdiq edilib. Məsciddə xütbələr yunan dilində və bəzən ingilis dilində, dualar isə ərəb dilində oxunacaq.

Qeyd edək ki, Yunanıstan Osmanlı imperiyasından ayrıldıqdan sonra Afinada məscid olmayıb. O zamanlar şəhərin mərkəzində məscidlərin binaları muzeylərə çevrilib. Yunanıstanda ümumiyyətlə isə məscidlər əsasən Frakiya bölgəsində türkdilli müsəlman əhalisinin yaşadığı yerlərdə fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR