Ruanda soyqırımında Fransanın rolu araşdırılacaq

Ruanda soyqırımında Fransanın rolu araşdırılacaq
03:43 6 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Publika.az Azərtac-a istinadla xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan “Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərini araşdırılacağını bəyan edib.

Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib. Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ruandada 1994-cu ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR