Xaçmaz sakini ŞOKDA - Kənddə şaftalı manyakı peyda olub...

Xaçmaz sakini ŞOKDA - Kənddə şaftalı manyakı peyda olub...
17:47 6 Aprel 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda bağda əkilən ağaclar 2 ildir ardıcıl olaraq oğurlanır.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Xaçmaz rayonu Arzu kənd sakini Mehman Məhərrəmovun verdiyi məlumata görə, onun artıq 2 ildir ardıcıl olaraq əkdiyi şaftalı ağaclarını naməlum şəxs oğurlayır.

O, ötən ilin mart ayında oğurlanan 170 ağacın əvəzinə yenidən ağac əkib. Lakin bu il də analoji hal baş verib. Bu il 68 ağac oğurlanıb.

M. Məhərrəmov ona ümumilikdə, 2000 (iki min) manatadək ziyan dəydiyini bildirib.

M.Məhərrəmov bu barədə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR