"Xəzər-Lənkəran" yerini qadınlara verdi - Cənubun yeni fırtınası gəlir /FOTOLAR

"Xəzər-Lənkəran" yerini qadınlara verdi - Cənubun yeni fırtınası gəlir /FOTOLAR
13:48 8 Aprel 2019
64 İdman
Ölkə mətbuatı
A- A+

Bir zamanlar Azərbaycan futbolunda fırtına kimi əsən “Xəzər-Lənkəran” komandası professional liqadan uzaq qalsa da, yerini boş qoymayıb.

Publika.az xəbər verir ki, 2018-ci ildə məşqçilik üzrə kateqoriya alan futbolçu Sevanə Nurullayeva Lənkəranda 13 yaşlı qızlardan ibarət "Mələklər" adlı komanda yaradıb.

“Mələklər” futbol komandası hazırda məşqlərini bir zamanlar “Fırtınalar meydanı” adlanan “Xəzər-Lənkəran” Mərkəzi Stadionunun kiçik meydançasında keçirir.

Komanda ölkə çempionatında 8 oyun keçirməklə üç dəfə qələbə sevinci yaşayıb. Futbolçu kimi ölkə çempionu olan Sevanə Nurullayeva yeni komandanın gələcəyinə çox ümid bəsləyir: “Hazırda turnir cədvəlində 4-cü yerdəyik. Gələn il üçün daha böyük hədəfimiz var. Bu il üçün əsas məqsədimiz uşaqları futbola cəlb etmək, onlara futbolu öyrətməkdir”.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da “Mələklər”i diqqətdən kənar saxlamır. Ali futbol qurumu komandanı forma və stadionla, həmçinin, digər idman ləvazimatları ilə təmin edir. Komandanın turnir ərzində nəqliyyat və yemək xərclərini də AFFA qarşılayır.

Qeyd edək ki, komandanın rəhbəri Sevanə Nurullayeva “Xəzər Lənkəran”ın 11 yaşlılardan ibarət komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir. Ən böyük arzusu isə Lənkəranda qadın futbolunu inkişaf etdirməkdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR