Azərbaycanda ŞOK HADİSƏ – 4 nəfər gecə evə basqın etdi və…

Azərbaycanda ŞOK HADİSƏ – 4 nəfər gecə evə basqın etdi və…
14:13 8 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verior ki, aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13.600 manat pul və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Dərhal Quba RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıbr.

Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb. Daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/274970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR