Türkiyənin Ərzurum şəhərində yaşayan Hacı Muhammed Kırbaç 50 ildir ki, bərbərliklə məşğul olur.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, “Horasanlı Pala” ləqəbi ilə tanınan Kırbaç 1.5 metrdən uzun bığları ilə görənlərin diqqətini öz üzərinə çəkir.
Oğlu ilə birlikdə bərbərlik edən 5 uşaq və 36 nəvə sahibi olan adam 25 yaşından bığlarını uzatdığını bildirib. O, bığlarına daimi olaraq qulluq etdiyini və Türkiyədə “bığ çempionluğu” olduğunu deyib.
İtirdiyi həyat yoldaşının bığlarını sevdiyini bildiyi üçün Kırbaç onları heç vaxt kəsməyi düşünmədiyini bildirib.