Evlərimizdə ən sıx istifadə edilən yağlardan biri günəbaxan yağıdır. Amma yeni edilən bir araşdırmada günəbaxan yağı və balıq yağları ilə bağlı qorxunc bir təhlükə ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, ispan elm adamlarının etdiyi araşdırmada günəbaxan və balıq yağlarının qaraciyər iltihabına təkan verdiyi ortaya çıxıb. Araşdırmaçılar bu yağların hər gün istifadəsinin qara ciyərdə hər gün zədəyə səbəb olduğunu və qara ciyər yağlanmasına təkan verdiyini kəşf edib.
Spirtli içkidən kənar qaraciyər yağlanması səssiz qatil olaraq tanınır. Günəbaxan yağı istifadəsi qaraciyər quruluşunda qalınlaşma və yaraya səbəb olaraq serroza təkan verir və serroz xərçənglə nəticələnir. Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir. İki yağ da fərqli şəkildə qaraciyər yağlanmasına səbəb olur.
Qaraciyər yağlanmasının başlıca əlamətləri arasında çəki atma, yüngül qarın ağrısı, halsızlıq, zehin bulanıqlığı yer alır.
Günəbaxan yağı və balıq yağının zərərini ortaya çıxaran araşdırmanın nəticəsində zeytun yağının həyat boyunca qaraciyəri qoruduğu müəyyən edilib.