Yaponiyanın özünümüdafiə qüvvələri Sakit okeanın üzərində yoxa çıxması ehtimal olunan F-35A qırıcısının hissələrini tapıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, çərşənbə günü ölkədə göyərtəsində bir pilot olan qırıcının yoxa çıxmasını bəyan ediblər.

Misava hərbi bazasında əsaslanan "görünməz-təyyarə" Aomori prefekturasının üzərində təlim uçuşu həyata keçirirdi. Təyyarənin qəzaya uğraması istisna olunmur.

Axtarış-xilasetmə əməliyyatı təşkil olunub.

Milli.Az